SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Ölkə ərazisində oktyabrın 08-i gündüzdən 09-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
 
Havanın temperaturu oktyabrın 08-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.
 
ŞAHİN Həbibov 
BAKU.WS