VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycanlı milyarder Mübariz Mənsimovla bağlı yeni iddia ortaya atılıb.
 
BAKU.WS-in məlumatına görə, məşhur iş adamı qazandığı tenderin tələb olunan vəsaitini ödüyə bilməyib. Mübariz Mənsimovun maliyyə çətinliyi çəkdiyi deyilir. "Palmali" Şirkətlər Qrupuna yaxın mənbələrdən bildirilir ki, Mənsimovun Rusiya prezidenti Vladimir Putinlə münasibətləri korlanıb.
 
Rusiya və Azərbaycan neftini öz tankerləri ilə daşıyan milyarderin Putinlə əlaqələri kəsildikdən sonra qazancı azalıb. Maliyyə problemləri ilə üzləşən Mənsimovun "Palmali Aviasiya" adlı şirkətinə məxsus təyyarələri satdığı deyilir. 

Bazasıında 5 təyyarəsi olan "Palmali Aviasiya" iki təyyarəsini internet vasitəsilə satışa çıxarıb. Mübariz Mənsimov "Falcon 2000s" model təyyarəsini 25 milyon dollara, "Falcon F7" model reaktivi 50 milyon dollara alıcılara təklif edib. 

Işlərinin yaxşı getdiyi dövrlərdə "Forbes"in 2000-ci illərdə dünyanın ən zəngin şəxsləri siyahısında ilk sıralarda yer alan Mənsimovun şəxsi sərvətinin son illərdə əriməyə başladığına diqqət çəkilir. 2015-ci ildən etibarən 1,3 milyard dollar həcmində olan sərvətiylə Mənsimov dünyanın ən zənginlər siyahısında 1415-ci sıraya qədər geriləyib. 200-dən çox neft tankeri olan Mənsimovun bəzi yat limanları və otellərini də satışa çıxardığı iddia olunur. 
 
BAKU.WS