SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Rusiyanın Birinci kanalında yayımlanan verilişdə məşhur bəstəkar Üzeyir Hacıbəyovun musiqisi səslənib. 

BAKU.WS-in Sputnik.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, Rusiyanın Birinci kanalında yayımlanan tanınmış "Minuta slavı" şousu 10 ildir ki, insanlara öz qeyri-adı istedadlarını nümayiş etdirməyə imkan yaradır.
 
Verlişin bu yaxınlarda yayımlanan buraxılışlarından birində Tver vilayətindən olan 8 yaşlı Varvara İlina jüriyə "Vostoçnaya skazka" adlı rəqs təqdim edib. O, məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun əsəri olan "Cəngi” sədaları altında rəqs təqdim edib.
 
Qeyd edək ki, bu il "Minuta slavı" layihəsinin yubileyidir. Verilişin juri kreslosunda isə Sergey Yurskiy, Vladimir Pozner, Seqey Svetlakov və Renata Litvinova əyləşiblər. Verlişin aparıcısı ilə Mixail Boyarskidir.
 
Həmin videonu sizə təqdim edirik: 

Arzu Mirzəyeva
BAKU.WS