VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Kinder Joy" şokoladlı yumurtalardan körpələriniz zəhərlənə bilər. 

BAKU.WS-in məlumatına görə, "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) istehlakçılardan biri ərizə ilə müraciət edib. Müraciətdə deyilir:
 
""Azad İstehlakçılar” İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi 6, mən 6 ünvanında yaşayan Babayev Xəyyam Əmrulla oğlu tərəfindən 
 
Tel: 055 853 66 36 tərəfindən

Ərizə

11.02.2017 tarixdə Xətai metrosu yaxınlığında yerləşən "Metro market” dükanından uşaq üçün "Kinder joy” şokoladlı yumurta aldım. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüb, skoçu qaldırdım, altdan 04.03.16 və 15.09.16 tarixini göründü, yəni malın yararlılıq tarixi artıq 16-cı ildə bitmişdi. Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan aldım. Həmin mallarda eyni idi və kassa çekinin üzərində VÖEN yoxdur. (kassa çekinin surəti ərizəyə əlavə olunur). Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər, necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik, çünki uşaq "kinder”in birini yemişdi. 

Xahiş edirəm bu təhlükəli malların əmtəə bazarından yığışdırılması üçün fəal iş aparasınız, dövlət orqanlarına və KİV -ə bu barədə məlumat verəsiniz ki, insanlar zəhərlənməsinlər.

İmza: X.Babayev"
 
Nazim Babayev
BAKU.WS