SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın məşhur Dihaj qrupu "Eşqini aşağı sal" adlı mahnıya klip çəkdirib.

BAKU.WS xəbər verir ki, Xəzər dənizi sahilindəki çimərliklərdən birində lentə alınan klipin təqdimatı qrupun rəsmi "Youtube" kanalında baş tutub. Musiqisi qrup üzvləri tərəfindən bəstlənən mahını sözləri məşhur repçi Urana məxsusdur. 

Klip paylaşıldığı qısa bir zaman ərzində çoxlu sayda şəxs tərədinən izlənilib və böyük səs-küyə səbəb olub.

Art direktoru fotoqraf Sitarə İbrahimova, operatoru Azad Əli olan klipin montajını isə Ru Həsənov öz üzərinə götürüb.

Sözü gedən klipdə Sitarə İbrahimova və Tamerlan Xəlilov çəkilib.

Xatrıladaq ki, dekabrın 30-da Bakının "ETUD" klubunda "Dihaj"ın hesabat konserti baş tutub.

Qeyd edək ki, qrupun solisti Diana Hacıyeva gələn il Azərbaycanı "Eurovision” mahnı müsabiqəsində təmsil edəcək. Qrupun digər üzvləri isə Əli Nəsibov (Zərb alətləri), Anar Abdullayevdir (Gitara).

Aynur Ələkbərova
BAKU.WS