VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Anar Nağılbaz "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Tanınmış reper səhnələrdə görünməməyinin səbəbini açıqlayıb, geri qayıdacağını söyləyib:

"Yaxınlarda yeni albom təqdim olunacaq. Yeni kitabım ərsəyə gəlir. Yaradıcılıq dayanmayıb. Bir müddət dayanmışdıq. Ancaq indi fəaliyyət var. Konsert də gözlənilir. Klublarda ara-sıra repin məşhur simaları konsertlər təşkil edirlər. Biz də onların sırasındayıq. Kimsə konsert edir, bizi çağırır, biz edirik, onları çağırırıq".

"Hüseyn Dərya repi özü ilə bərabər apardı" kimi fikirlərə Anar Nağılbaz belə münasibət bildirib:

"Elşad Xose üçün də, rəhmətlik Hüseyn Dərya üçün də, elə hər birimiz üçün o dövr aktiv idi. Festivallar keçirilirdi, televiziya verilişləri vardı,  fəaliyyət çox yüksək səviyyədə idi. Sözsüz ki, Hüseyn bu sahədə qabaqcıl addım atmışdı".

Reper duet hədəfində əsas iki şəxsin olduğunu dilə gətirib:

"Brilliant xanımla istərdim ki, davam etdirim. Bu yöndə ideyalar var. Məryəm xanım Əlibəyli ilə də duetim var. Hətta mahnını birlikdə yazmışıq. "Damcı" adlanır".

Anarın övladları repə maraq göstərsələr də, ataları onlara bu yolu davam etdirməyi tövsiyə etmir, ancaq mane də olmur:

"Mən istəməzdim ki, onlar da mənim kimi bu yolda saç-saqqal ağartsınlar, sənət kimi seçsinlər. Mən də bu sahəyə gələndə repi bir sənət kimi yox, hobbi kimi qəbul edirdim. Mənim sahəm rejissorluqdur. Ancaq əgər onların marağı varsa, niyə də olmasın?"

Belə aydın olur ki, Anarın övladları incəsənətin artıq içindədirlər. Onlara mane olmaq düzgün deyil. Hər halda kimin harada olacağını zaman göstərəcək.  

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.
 
BAKU.WS