SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.
 
Bakı şəhəri Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin (CAİ), Nizami rayon Polis İdarəsi CAŞ və 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, iyunun 4-də, Q.Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakinləri - Səbinə Bəşirovanın, Tükəzban Yusubovanın mobil telefonlarını və Ruqaya Kazımovanın içərisində pul, iki ədəd mobil telefon olan əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Viktoriya Kotlyar yaxalanıb.

Araşdırma zamanı onun digər cinayətlərinin üstü açılıb. Belə ki, o, aprelin 7-də B.Nuriyev küçəsində yerləşən ticarət mərkəzində Rəfael Babayev pencəyinin cibindən 1300 manat, sentyabrın 14-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Atifa Finuninin əl çantasından içərisində 480 manat, metro kartı olan pul kisəsi, sentyabrın 14-də Pərvanə Əmirovanın, sentyabrın 22-də Gülşən Həşimovanın əl çantasından pul və sənədlər oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS