SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Sentyabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.  
 
Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq. 
 
BAKU.WS