VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hər bir məscid dindarların, dini icmanın və ianələrin hesabına yaşamalıdır. Ancaq indi məscidlərin hamısı ianə istəyir. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda təlimlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

QMİ sədri istənilən şəxsə din xadimi kimi yanaşılmasını düzgün saymayıb: "İndi dünyada kim istəyir saqqal qoya bilər, ancaq bunların hamısı din xadimləri deyillər. QMİ-nin din xadimlərinə müvafiq vəsiqələr verilir". 

A.Paşazadə dini xurafatın təhlükəli olduğunu vurğulayıb: "Din o qədər xurafatlaşdı ki, müəyyən cərəyanlar yarandı".
 
BAKU.WS