VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Amerikalı aktyor Marlon Brandoya dünya miqyaslı şöhrət qazandıran "Parisdə son tanqo” klassik erotik filmi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, filmin rejissoru Bernardo Bertoluççi hər kəsi şoka salacaq etiraf edib. 

Sən demə, 1972-ci ildə ekranlaşdırılan filmdə Mariyaya zorlanma səhnəsinə çəkiləcəyi barədə məlumat verilməyib. Bertoluççi bunu belə əsəslandırıb ki, aktrisanın baş verənlərə bir qadın olaraq reaksiyasını lentə almaq istəyib. "Onun bir qız olaraq baş verənlərə təbii reaksiya verməsini istədim. Məncə, buna görə hələ də mənə nifrət edir”, - deyə Bernardo söyləyib. 

Rejissor M.Şneyderə zorlama səhnəsi barədə qabaqcadan xəbər verməməklə səhv etdiyini, lakin bundan heç də peşman olmadığını əlavə edib.
 
Aysel.Ş
BAKU.WS