SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Qarşıdakı 4 ildə - 2016, 2017, 2018 və 2019-cu illərdə Azərbaycan manatının ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsi açıqlanıb.
 
BAKU.WS-in "APA"ya istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, 2016-cı ildə və qarşıdakı 3 ildə ölkədə milli valyutanın məzənnəsinin bivalyuta səbətinə daxil olan valyutalara nisbətdə dəyişməz qalacağı gözlənilir.
 
Başqa sözlə, qarşıdakı 4 il ərzində 1 ABŞ dollarının 1,0500 manat, 1 avronun isə 1,1332 manat səviyyəsində olacağı gözlənilir.
 
BAKU.WS