VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Qarabağ” 2015/2016 mövsümündə Avropa macərasına UEFA Avropa Liqasından davam edəcək.

 

 

BAKU.WS-in məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik” səddini keçə bilməyən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası Play-Offuna qatılacaq. "Qarabağ” ın Play-Off turundakı rəqibi 7 avqust günü müəyyən olacaq. İsveçrənin Nyon şəhərindəki püşkatmada Ağdamlıları güclü klublar gözləyir.


"Qarabağ” kimi Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran və püşkə qatılacaq komandalar bunlardır:


"Fənərbaxça” (Türkiyə)

"Midtjylland” (Danimarka)

"Dinamo Zaqreb” (Xorvatiya)

"Ayaks” (Hollandiya)

"Yanq Boys” (İsveçrə)

"Millsami” (Moldova)

"Viktoria Plzen” (Çex Respublikası)

"Panatinaikos” (Yunanıstan)

"Salzburq” (Avstriya)

"Steaua Buxarest” (Rumıniya)

"Lex Poznan” (Polşa)

"Videoton” (Macarıstan)

"Sparta Praq” (Çexiya)

"HJk” (Finlandiya)


"Qarabağ” və bu 14 komanda ilə yanaşı UEFA Avropa Liqasından III təsnifat mərhələsini keçəcək 29 komanda da püşkatmada iştirak edəcək. Bu klublar isə bu gün axşam UEFA Avropa Liqasında baş tutacaq matçlardan sonar müəyyən olacaq.

 

BAKU.WS