VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"ABŞ-da 10 Tramp prezident olsa belə dolların məzənnəsinə təsiri olmayacaq. Çünki dolların birjalardakı qiymətini  Federal Ehtiyatlar Sistemi (FED) müəyyən edir. Dollar ucuzlaşmayacaq, daha da bahalaşacaq.”

Bunu BAKU.WS-ə iqtisadçı-ekspert Samir Əliyev deyib.

Donald Trampın prezident seçilməsinin dünyada şok effekti yaratdığını deyən S.Əliyev bildirib ki, bu xəbərdən sonra birjalarda bir sıra indekslər artıb-azalmağa başladı.

"Trampın seçilməsi dəqiqləşdikdən sonra neft, qızıl xeyli ucuzlaşdı. Çünki seçkilərin nəticələri gözlənilməz idi. Lakin Tramp qələbə çıxışı zamanı əvvəlki kimi çılğın açıqlamalar vermədi. Ona görə də birjalarda qiymətlər yenidən artmağa başladı, öz əvvəlki mövqeiynə qayıtdı”, - ekspert bildirib. 
 


S.Əliyevin fikrincə, Tramp siyasətçi deyil, biznemsen olduğu üçün ABŞ iqtisadiyyatında köklü dəyişikliklər olacaq:

"Tramp çıxışlarında büdcə xərclərinin, sosial müavinətlərin azalması ilə bağlı açıqlamalar verib. Hətta bildirib ki, NATO-ya xərclənən vəsait də azaldacaq. Bu o deməkdir ki, ABŞ xəsislik etməklə məşğul olacaq, kəmərləi sıxacaq. Bu sırf biznesmen yanaşmasıdır.”

Bunun dollara təsiri olmayacaq. Çünki Dolların məzənnəsini FED təyin edir. Hökumət ayrı qərar verir. 10 Tramp olsa da orada heç nə dəyişən deyil.

ABŞ-ın uzun illərdir ucuz dollar siyasəti həyata keçirdiyini bildirən iqtisadçı-ekspert hesab edir ki, FED uçot dərəcəsini qaldırmasaydı ABŞ iqtisadiyyatında böyük köpük yarana bilərdi. 
 


"FED bundan sonra da uçot dərəcələrini qaldırmaq barədə düşünür. Bu proses bir ildir davam edir. FED-in dekabrdakı iclasında uçot dərəcəsi artırılmaya bilər. Amma gələn qaldırılacaq və dollar bahalaşacaq. Tramp da qeyd edib ki, ABŞ-ın neft hasilatını qaldırmaq barədə düşünür. İstənilən halda, yaxın dövrdə dollar ucuzlaşmayacaq. Qısası, manat ucuzlaşmaqda davam edəcək. Əgər biz qeyri-neft sektorunu lazımi səviyyədə inkişaf etdirə, neftdən asılılığımızı azalda bilsək, manatı qoruyub saxlaya bilərik”, - Samir Əliyev bildirdi.
 
 
Saməddin Mehralıyev