SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir müddət öncə boşanma xəbəri ilə gündəmə gələn "Eurovision – 2014” mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova eşqə düşüb. 

BAKU.WS xəbər verir ki, "Xəzər maqazin” verilişinə açıqlamasında cəsarətli etiraflar edib: 

"Sevgisiz həyat olmaz. Sevgi hər kəsə lazımdır. Bəli, sevirəm. Həyatın hər anından həzz almaq lazımdır. Mən də çalışıram ki, belə edim, həyatımı, ömrümü hədər yaşamayım”.
 
Xatırladaq ki, D.Kazımova türkiyəli iş adamı Mert Aslanla 2014-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdu.
Bu ilin mayında cütlüyün boşanma xəbəri yayılmışdı.
 
Aysel.Ş
]