VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 
Çinin "Weibo” sosial şəbəkəsinin ulduzu, iş adamı Van Sikonqa Koko ləqəbli Alyaska malamutuna 8 ədəd "iPhone 7” smartfonu hədiyyə alıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, itin hədiyyələri ilə birgə ilk fotosu sosial şəbəkədə sentyabrın 16-ı, yəni "Apple” modelinin ilk dəfə satışa çıxarıldığı gün paylaşılıb. Paylaşım qısa zamanda minlərlə şərh və "like” toplayıb. 

Bəzi sosial şəbəkə istifadəçiləri bu itdən dəfələrlə pis yaşadıqlarını bildiriblər. 

Qeyd edək ki, bu, Sikonqun öz itinə etdiyi ilk bahalı hədiyyə deyil. 2015-ci ildə o, Kokoya hər biri 12 min ABŞ dolları olan bir neçə qızıl "Apple” saatı bağışlayıb.
 
Gənc öz itinə təmtəraqlı doğum günü məcilisləri düzənləyir, bahalı brendlərdən aksessuarlar alır.
Onu da deyək ki, Kokonun akkauntunu 1,9 milyon adam isləyir.
 
27 yaşlı Van Sikonq Çinin gənc iş adamlarındandır. Onun atası Van Çzyanlin 2015-ci ildə 24,2 milyard dollarlıq sərvətlə "Forbes” jurnalında çinli milyarderlərin reytinqinə başçılıq edib.
 
Aysel.Ş
BAKU.WS