SİZİN REKLAM BURADA!
055 213 76 73


 


30 yaşlı super model İrina Şeyk Rusiyanın Birinci kanalında İvan Urqantın aparıcılığı ilə nümayiş olunan "Veçernıy Urqant” verilişində qonaq olub.

BAKU.WS xəbər verir ki, İrina Şeyk verilişə krujevalı, gözoxşayan dekolte paltarda gəlib. Proqramda model nə keçmiş keçmiş sevgilisi, "Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo, nə də ki, hazırda birlikdə olduğu Holivud ulduzu Bredli Kuper haqqında danışmaq istəməyib.
 
Əvəzində bir müddət öncə başında folqa ilə günəşlənən zaman çəkilən fotosunu şərh edib.
 
"Mən İtaliyada SPA mərkəzlərindən birinə getmişdim. Saçlarıma maska qoyub, folqa ilə bağlamışdılar” – deyə, İ.Şeyk məsələyə aydınlıq gətirib.
 
Verilişdə həmçinin model İvan Urqanta gözüyumulu makiyaj etməyə də çalışıb. O, "Siz mənim bunu edəcəyim ilk kişi olacaqsınız” – deyib.
 
Aysel.Ş
BAKU.WS