SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Gizlənpaç" filminin çəkiliş meydançasında çətin anlar yaşayan və qəflətən halı pisləşən, təcili tibbi yardımla Mərkəzi Gömrük Hospitalına aparılan tanınmış aktyor Müşfiq Şahverdiyev publika.az-a danışıb.

Aktyorun açıqlamasını təqdim edirik:

"Vəziyyətim indi düzəlib, amma təcili müalicəyə ehtiyacım var. Həkimlər əməliyyat olunmağımı təkid edir. Düz bağırsağımda problemlər var. Aradan qaldırılmasa, yəni əməliyyat olunmasam, həyati təhlükə yarana bilər. Elə indi də həyatım təhlükədədir. Görək çəkilişlər bitsin, bu barədə qərar verəcəyəm".
 
BAKU.WS