SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə çevrilişə cəhd edən əsgərlərdən Ferhat Taş komandirinin vətəndaşlara atəş açması əmrinə tabe olmayaraq intihar edib.
 
BAKU.WS-in məlumatına görə, əsgərin qohumu Kaya Aydın dünyasını dəyişən 25 yaşındakı Ferhat Taşın ətrafındakılar tərəfindən çox sevilən biri olduğunu və pis insan olmadığını bildirib. 

Taşın əsgər olmağı şəxsən istədiyini deyən qohumu, hərbçinin 3 ay idi ki, orduda xidmət etdiyini bildirib. Kaya Aydın Ferhatın qəhrəmancasına şəhid olduğunu vurğulayıb: 

"Təlim adı ilə onları küçələrə çıxarıblar. Komandiri vətəndaşlara atəş açmasını söyləyib. O da bunu edə bilməyəcəyini bildirib. Sonra komandir silahı ona doğru çevirib və "Səni vuraram" deyib. Əsgər də "Sənin silahındakı güllə ilə ölməkdənsə, öz silahımın gülləsiylə ölərəm" deyib. Vətəndaşlara atəş açmayan Ferhat silahı ilə özünü başından vurub".
 
Qeyd edək ki, qəhrəman əsgərin cənazəsi Kahramanmaraşa aparılıb və orada dəfn edilib. 
 
BAKU.WS