VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu yol-nəqliyyat hadisəsi zamanı həlak olub. 
 
BAKU.WS-in məlumatına görə, hadisə 5 sentyabrda Martuni-Vardenis şosesində qeydə alınıb. İçərisində hərbçilər olan "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
 
Qəza nəticəsində 5 hərbi qulluqçu zərər çəkib. Onlar təcili olaraq Vardenis şəhərindəki hospitala aparılıb. Vəziyyəti ağır olan hərbçilərdən 29 yaşlı kapitan Taron Sedrakyan, 38 yaşlı Qriqor Saakyan və Qevorq Vardanyanın həyatını xilas etmək mümkün olmayıb.
 
28 yaşlı Arutün Mirzoyanın vəziyyəti orta ağır olaraq qalır. Digər 30 yaşlı yaralı hərbçi Sevaka Qasparyanın vəziyyəti isə ağır olaraq qiymətləndirir. Hər iki hərbçinin həyati təhlükəsi davam edir. 
 
ŞAHİN Həbibov
BAKU.WS