SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Ermənistan ordusu cəbhədə növbəti dəfə itki verib.
 
BAKU.WS-in məlumatına görə, ötən gün atışmalar zamanı Ermənistanın 2 muzdlu əsgərləri ölüb. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi də etiraf edib. Ölən əsgərlər Marat Rudolf Xaçanyan və Arman Vaçaqanoviç Stepanyanın güllə yarasından dünyasını dəyişdiyi bildirilir.
 
Qeyd edək ki, bu gün Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 142 dəfə pozub.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Barekamavan kəndlərində, Noyemberyan rayonunun Şavarşavan, Voskevan və Voskepar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Fərəhli, Quşçu Ayrım və Aşağı Əskipara kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 192 atəş zərbəsi endirib.
 
ŞAHİN Həbibov
BAKU.WS