VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda yaşayan Türkiyəli opera sənətçisi Oya Ergün yeni albom buraxır.
 
Ifaçının BAKU.WS-ə verdiyi məlumata görə,  yeni albomunda  Baroko dövrünün musiqiləri yer alacaq: "Bu il ərzində ansanblımla bir çox barok kons­ertləri verdik və ünvanımıza o qədər gòzəl təriflər ald­ıq ki, bunu alboma çevirmək qərarını verdik. Yəni, yeni albomumda bütünüklə barok ­çağından əsərlər söylədim. Albomda barok dòvrùnùn bùtùn bəstəkarlarının əsərləri yer alıb. Bu əsərlər içində klassik musiqi həvəskarlarına ən çox tanış olan Caccini, Handel,  Gl­uckun adını çəkə bilərəm".

Albomun daha bir özəlliyi işə bundadır ki, Oya xanım  barok çağının fleytası ilə həmin dövrün musiqilərindən birini ifa edib.

Ifaçı alboma "Baroque Lace" (Barok Dantel) adını verib. Sözügedən albom üzərində azərbaycanlı musiqiçilərdən ibarət ansanblı çalışıb.

Oya xanım deyir ki, yeni diskini 23 mayda - dünyasını dəyişmiş atasının doğum günündə dinləyicilərin ixtiyarına verməyi planlaşdırsa da, bəzi texniki problemlər üzündən gecikib: "inşallah iyun ayının ortalarınd­a disk əlimizdə olacaq. Əminəm ki, bu albomum barok musiqisinin heyranlarına sürpriz olacaq".

Oya Ergün albom hazır olduqdan sonra Azerbaycanda ­və Avropada bir çox konsertlər verməyi planlaşdırıb.
 
BAKU.WS