SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Formula 1 Avropa Qran Prisi günlərində "Bakı Metropoliteni” gücləndirilmiş rejimdə işləyəcək.
 
 
Bunu BAKU.WS-ə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
 
O bildirib ki, yarış günləri metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək.
 
"Həmin günlər "28 May", "Sahil" və "İçərişəhər" metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək”.
 
Qeyd edək ki, iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq "Formula 1" Avropa Qran Prisi keçiriləcək.
 
BAKU.WS