VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana planlaşdırılmamış səfəri Dağlıq Qarabağ münaqişəsinin nizama salmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın rolunu müzakirə etməkdən ibarətdir".
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiyadakı Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı yüksəkdir.

"Dondurulmuş münaqişə əlbəttə yenidən aktivləşə bilər. Azərbaycan 20% ərazisini itirib. Mən Azərbaycan rəhbərliyinin bu vəziyyətlə barışacağı ilə bağlı elə bir səbəb görmürəm. Əgər elə olsaydı, niyə onda Azərbaycan Silahlı Qüvvələrinə böyük pullar qoyardı?", — deyə ekspert bildirib.

Mütəxəssis Azərbaycanın Rusiyadan əhəmiyyətli ölçüdə silah partiyası aldığını xatırladır. 200 ədəd "T-90" tankları, çox sayda alov saçan və digər ağır artileriya alan Azərbaycan, Ordusunu xeyli gücləndirib. Hazırda texnikanın keyfiyyətinə görə, Azərbaycan Rusiyadan sonra postsovet məkanında ikinci yerdədir. 
 
ŞAHİN Həbibov
BAKU.WS