SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda yüksək rütbəli polis zabiti qəfildən parkda dünyasını dəyişib.

BAKU.WS criminal.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baş inspektor, polis polkovnik-leytenantı Ceyhun Həsənov səhər saatlarında Nərimanov rayonu ərazisindəki Dədə Qorqud parkında idman edərkən qəfildən halı pisləşib. Yerə yıxılan polkovnik-leytenantın başı daşa dəyib və dünyasını dəyişib. 

Dərhal hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilsə də onun öldüyü məlum olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS