VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda doğuş zamanı ana və uşaq ölümü baş verib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb.

Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır.

Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: "Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”.

Ziya Səccad
BAKU.WS