VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub. 
 
BAKU.WS-in məlumatına görə, cəbhədə təxribata əl atan düşmən kəndlərimizi hədəf alaraq mülki şəxsləri vurmağa, evləri dağıtmağa cəhd edib. Saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
 
Cəbhəyanı kəndlərin sakinləri şiddətli döyüşlərin görüntüsünü çəkə bilib.
 
BAKU.WS