SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtdakı köhnə binaların zəlzləyə davamlılığı öyrəniləcək. Bunun üçün öləkəyə Almaniyadan mütəxəssislər dəvət olunub. Müəyyən tədbirlərin görülməsi üçün yekun qərar Fövqəladə Hallar Nazirliyinə göndəriləcək.
 
 
 
Köhnə binaların monitorinqi aparılacaq və zəlzələyə davamlılığı yoxlanılacaq. Binaların monitorinqi ilkin mərhələdə Bakını əhatə edəcək. Monitorinq zamanı mühit, qrunt axıntıları, eləcə də zəif təkanların təsirindən binada yarana biləcək problemlər müəyyən ediləcək.

Binaların  zəlzələyə davamlılığının öyrənilməsi prosesində yerli mütəxəssislərlə yanaşı, Almaniyalı ekspertlər də iştirak edəcəklər. Yekun qərardan sonra hansı binalar zəlzələyə davamsızdırsa onlarda lazımi işlər həyata keçirələcək.  Qəzalı vəziyyətə səbəb olacaq hallar aradan qaldırılacaq.

Mayın 24-dən etibarən artıq konkret hansı işlərin görüləcvəyi dəqiqləşəcək. Plana əsasən yoxlama layihəsi 2 il davam edəcək.
 
BAKU.WS