SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu qələbəni döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır. Bu gün döyüş meydanında biz bunu sübut edirik”.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.

“30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticəyə bizi yaxınlaşdırmadı. 30 ilə yaxın əzəli, tarixi torpaqlarımız işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi sadəcə vaxt udmaq istəyirdi, sadəcə status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi”, - Prezident vurğulayıb.

BAKU.WS