VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin lider olduğu Corciya ştatında səslər yenidən hesablanacaq.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ştatın qubernator müavini Bred Raffensperqer yerli televiziya kanallarının birinə müsahibəsində deyib. Onun sözlərinə görə, Corciyadakı səsvermənin nəticəsinin ölkəyə böyük təsirləri olacaq. Artıq yerli seçki komissiyalarına müşahidəçilərin bülletenlərin sayılması üçün seçki məntəqələrinə buraxılması ilə bağlı açıq təlimat da verilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın seçki qərargahı Corciyada səslərin yenidən hesablanması tələbini irəli sürmüşdü. Əvvəlki nəticələrə əsasən, Bayden həmin ştat üzrə 2 450 144 səs, Tramp isə 2 448 558 səs toplayıb.

BAKU.WS