SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda hakimiyyəti devirməyə hazırlıq faktı üzrə cinayət işi açılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) saytında məlumat paylaşılıb. Bildirilib ki, bir sıra şəxslər ölkədə parlament seçkilərində arzuolunmaz nəticələr əldə olunarsa, hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından və hərbçilərdən ibarət mobil qruplar belə yaradılıb.

DTX-nin məlumatına görə, artıq bəzi şahidlərin ifadələri alınıb. İstintaqa cəlb edilənlər arasında hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icra katibi irakli Kobaxidze də var.

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinə əsasən, “konstitusiya quruluşunu zorla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirməyə” görə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

BAKU.WS