VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Öz müdafiə ehtiyaclarımızı milli imkanlarımızla qarşılamaqla bərabər, dost və müttəfiq ölkələrin də ehtiyacını ödəyirik. Bunun ən bariz nümunəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqları uğrunda apardığı haqlı mübarizə üçün istifadə etdiyi İHA və SİHA-larımızıdır".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı belə deyib.

F.Oktay bildirib ki, Türkiyə bütün müdafiə imkanları ilə Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdır: "Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın topraqlarını işgalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik. Ehtiyac olduğu halda bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik".

BAKU.WS