SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kubanın paytaxtı Havanadan Bakıya xüsusi reys yerinə yetirdi.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 6-sı təşkil olunan xüsusi reyslə Azərbaycan hökumətinin dəvəti ilə Kubadan Azərbaycana 120 həkim-mütəxəssis çatdırılmışdır. Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu ilin iyul ayında "Azərbaycan Hava Yolları" artıq belə bir reys həyata keçirmişdir və həmin reyslə Havanadan Bakıya koronavirus infeksiyasına qarşı mübarizədə kömək göstərmək üçün bir qrup Kubalı həkim gəlmişdir.

Aviauçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarə vasitəsilə həyata keçirilmişdir. Uçuş 13 saat davam etmiş, Azərbaycan və Kubanın paytaxtları arasındakı məsafə 11 880 km təşkil etmişdir.

BAKU.WS
QALEREYA