SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/102624

Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/102629

Azərbaycanın əks-hücum əməliyyatlarına qarşı apardığı mübarizəsi və siyasi iradə nümayiş etdirərək beynəlxalq aləm tərəfindən təsbit olunmuş ərazi bütövlüyünü təmin etmək istiqamətində atdığı addımlara dəstək günü-gündən daha qəti xarakter alır. Belə ki, Rusiya, Türkiyə, Gürcüstandan başqa İran İslam Respublikasından da Azərbaycanın haqq işinə növbəti qəti dətsək gəldi.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102631

"Azərbaycan Ordusunun əks-hücum əməliyyatı plan üzrə gedir və buna Ali Baş Komandan İlham Əliyev rəhbərlik edir. Azərbaycan Ordusu əsasən 3 rayon ərazisində əks hücum əməliyyatı aparır. Bu, geniş cəbhədir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102637

"Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102657

"Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102659

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/102670

Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq ələ keçirdiyimiz hərbi texnikaların görüntüləyi yayımlanıb. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/102672

"Sərhədsiz reportyorlar" təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi haqqında açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102675

BAKU.WS