SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sərhədsiz reportyorlar" təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi haqqında açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi".

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

"Ümumiyyətlə, Xankəndidən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir", - H.Hacıyev əlavə edib.

BAKU.WS