SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan tərəfi rəsmi olaraq Xankəndidə yaşayan əhalinin böyük bir hissəsinin Ermənistana köçürüldüyünü açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı şəhərin “meri” David Sarkisyan söyləyib.

Onun sözlərinə görə, şəhərdə döyüşlər başlamazdan öncə 56 mindən çox insan yaşayıb, indi şəhərdə 30% əhali qalıb.

Sarkisyanın hesablamalarına görə, şəhərdə 17 min insan qalıb: "Yaxınlaşan sərt havaları nəzərə alaraq Xankəndi "meriya"sı sakinlərin şəhərdən təxliyyəsini təşkil etməyə hazırdır".

Qeyd edək ki, Xankəndidən çəkilən görüntülər və rus jurnalistlərin bölgədən verdiyi məlumata görə, şəhərdə bir neçə min mülki insan qalıb. Onların da qısa zamanda şəhərdən çıxarılacağı gözlənilir. 

BAKU.WS