VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Reuters” agentliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma yurdlarından qovularaq köçkün vəziyyətinə düşmüş, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olan azərbaycanlıların son günlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir sıra ərazilərin işğaldan azad edilməsi barədə fikirləri və təəssüratları yer alıb.

Bakıdakı məcbur köçkünlərin yaşadıqları qəsəbənin 80 yaşlı sakini Həsən Əhmədov Azərbaycan qoşunlarının Dağlıq Qarabağda apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl şəhərini azad etməsi barədə xəbəri sevinclə qarşıladığını və onun sonuncu arzusu olan - 25 ildən çoxdur işğal altında olan ata-baba torpağına qayıtmaq arzusuna bir addım qaldığını bildirir.

“Ərazilərin minalardan təmizləməsini və öz ata-baba yurdumuza yenidən qayıtmaq üçün orada aparılacaq bərpa və abadlıq işlərini səbirsizliklə gözləyirik. O torpaqlarda atalarımızın və babalarımızın məzarları var”, – deyə o bildirir.

Məqalədə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi olduğu faktı da vurğulanır. Diqqətə çatdırılır ki, artıq 1 aydır davam edən müharibə nəticəsində Azərbaycan Ordusu qələbələr qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsini azad edib. İki dövlət arasında indiyədək üç atəşkəs razılaşması əldə olunsa da, bu razılaşmaların qısa müddət ərzində pozulduğu bildirilir.

Yazıda Bakı sakinlərinin Azərbaycanın 1990-cı illərdə itirdiyi bir çox ərazilərin bir hissəsini geri qaytardığını dedikləri vurğulanır. Şəhər ətrafındakı reklam lövhələrində və vitrinlərdə olan plakatlarda birmənalı şəkildə “Qarabağ Azərbaycandır!, Qarabağ bizimdir!” şüarları yer almaqadadır.

Son döyüşlərdə oğlunun yaxın dostunun həlak olduğunu bildirən Bakı şəhər sakini Olga İsmayılova deyib: “Oğlanlarımız üçün narahat ola bilərik, ancaq bizə məxsus olan torpaqlarımızı geri qaytarmalıyıq”.

Məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla minlərlə könüllünün qeydiyyatdan keçdiyi bildirilir.

Digər məcburi köçkün - inşaat işçisi olan 42 yaşlı Ramin Əliyevin də Müdafiə Nazirliyinə məktub yazaraq döyüşlərdə könüllü iştirak etmək istəyini bildirməsi də vurğulanır. “Vətən uğrunda ölməyə hazıram, qoy uşaqlarım mənimlə fəxr etsinlər,” – deyə o bildirib.

Məqalədə, həmçinin döyüşə yazıla bilməyən sakinlərin başqa yollarla hərbçilərə kömək etdiyi də qeyd olunur. Əczaçılıq üzrə icraçı direktor Elnur Əliyevin maliyyə vəsaiti toplamaq və ön cəbhəyə lazım olan şeylər göndərmək üçün işdən müəyyən müddətə məzuniyyət götürdüyü bildirilir.

Müəllif ölkə ərazisinin demək olar ki, hər bir yerində radio verilişlərinin öz efir vaxtının çox hissəsini vətənpərvərlik ruhunda olan mahnılara həsr etdiyini, Azərbaycan bayrağının Türkiyə bayrağı ilə yan-yana balkonlarda dalğalandığını qeyd edir.

“Kəndimizin işğaldan azad olunması xəbərini eşidəndən bəri Bakıda özümü yad kimi hiss edirəm”, - deyən 33 yaşlı Nemət Səmədov uşaq ikən ailəsi ilə birgə kəndlərini tərk edib. O deyib: “Mən könüllü kimi qeydiyyatdan keçmişəm və hərbi xidmətə cəlb olunmağımı gözləyirəm”.

BAKU.WS