SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliya millisinin və "Roma" klubunun sabiq futbolçusu Françesko Tottidə koronavirus aşkarlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçib. Totti hazırda özünü yaxşı hiss edir.

Onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə verib, lakin onda xəstəliyin əlamətləri yoxdur.

Bir neçə həftə əvvəl Françesko Tottinin atası Entso Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Françesko Totti peşəkar karyerası ərzində 1992 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.

BAKU.WS