SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Fransada baş vermiş faciəvi hadisəyə münasibət bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib.

32 yaşlı oyunçu "İslam dinində terrora yer yoxdur" yazıb.

Qeyd edək ki, Fransanın Nitsa şəhərində naməlum şəxs kilsənin qarşısında insanlara hücum edərək terror aktı törədib. Hadisə nəticəsində 3 nəfər ölüb. Bir neçə saatdan sonra isə Avinyonda bıçaqla silahlanmış şəxs polislərə hücum çəkib.

BAKU.WS