SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Türkiyə çempionatının 4 oyunu təxirə salınıb.

BAKU.WS apssport.az-a istinadən xəbər verir ki, buna İzmir şəhərində baş verən zəlzələ səbəb olub.

Super Liqanın VII turunun “Göztəpə” – “Alanyaspor” matçı qeyri-müəyyən müddətə keçirilib. 1-ci liqanın “Menemenspor” – “Ankaraspor” və “Altınordu” – “Royal Hastanesi Bandırmaspor”, 3-cü liqanın “Berqama Bələdiyəspor” – “Kozan Spor” qarşılaşmaları da eyni səbəbdən təxirə düşüb.

Qeyd edək ki, bu oyunların hamısı oktyabrın 31-nə planlaşdırılırdı.

BAKU.WS