SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonuna atılan mərmilər səbəbindən meşəlik ərazisində baş verən yanğın söndürülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ümumi sahəsi 12 hektar olan meşəlik ərazinin 4 hektarında yanğın olub, 30-dan çox ağac yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub və görülən işlər nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, yanğın baş verən əraziyə 4 mərmi düşüb. Göygöl qoruğunun ərazisində olan yanğının qarşısı qismən alınsa da, hələ də yanğın davam edir.

BAKU.WS