SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində baş verən güclü zəlzələdən sonra ilk açıqlamasını verib.

BAKU.WS xəbər verir ki, Ərdoğan bildirib ki, təbii fəlakət nəticəsində zərər çəkən bütün vətəndaşlara yardım ediləcək.

“Bu təbii fəlakət bizi çox kədərləndirdi. Bütün imkanlarımızla vətəndaşlarımızın yanındayıq. Əlaqəli bütün dövlət qurumları hərəkətə keçib”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu saatlarda Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrinin Seferihisar bölgəsi olduğu qeyd edilib. Güclü zəlzələdən sonra insanlar küçələrə axışıb. İlkin məlumatlara görə, zəlzələ nəticəsində 6 bina dağılıb.

BAKU.WS