VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğalçı Ermənistan ordusu döyüş meydanında aldığı məğlubiyyəti etiraf etməmək üçün müxtəlif iyrənc üsullara əl atır.

BAKU.WS xəbər verir ki, erməni tərəfi gah işğal olunan ərazilərin Azərbaycan ordusu tərəfindən geri alınmadığını iddia edir, gah hərbçilərinin kütləvi ölümünü gizlədir, gah da məhv edilmiş "müdafiə nazir"lərinin sağ olmasını həyasızcasına açıqlayır.

Təbii ki, qeyd etdiklərimizin heç bir həqiqəti əks etdirmir. Milli Ordumuzun əks hücumları zamanı 5 rayonun yüzlərlə kəndi, qəsəbə və şəhərlər, yüksəkliklər işğaldan azad olunub, minlərlə erməni hərbçi məhv edilib və qondarma rejimin “müdafiə ordusunun komandanı”, general-leytenant Cəlal Arutyunyan isə avtomobildə hərəkət edərkən zərərsizləşdirilib. Bu yazılanları təsdiq edəcək kifayət qədər foto və videolar, eyni zamanda erməni tərəfdən etiraflar mövcuddur.

Bu gün Ermənistan Müdafiə Nazirliyi daha bir yalan və dezinformasiya xarakterli açıqlama ilə çıxış edib. Bu günə qədər erməniləri dəfələrlə aldadan, itkiləri gizlədən, ərazilərin itirilməsini etiraf etməyən rəsmi İrəvan guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumatı yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə, öz saxtakarlığını bir daha ifşa edib.

Maraqlıdır ki, eyni ərazidən görüntüləri ermənilərdən qabaq Azərbaycan Müdafiə Nazirliyi də yayımlayıb. Nazirliyin məlumatında qeyd olunub ki, oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.

Belə anlaşılır ki, Dağlıq Qarabağda ağır məğlubiyyətlə üzləşən Ermənistan hakimiyyəti artıq Azərbaycan ərazisindəki dinc sakinlərə raket atmaq, öz partladılan silah anbarlarının Azərbaycana məxsus olmasını göstərmək və bütün uğursuzluqlarını inkar etmək yolu ilə məğlubiyyətini gizlətmək istəyir. Lakin həm ermənilər, həm də dünya ictimaiyyəti Ermənistan hakimiyyətinin iç üzünü görür, məğlubiyyətlərini anlayır və rəsmi İrəvanın dabanına tüpürərək Dağlıq Qarabağdan qaçmasının şahidi olur. 

Orxan Hüseyn
BAKU.WS
VİDEO