SİZİN REKLAM BURADA!
055 213 76 73


Din xadimlərinin qarşısında duran ən vacib vəzifə ədaləti söyləmək və sülhün əldə olunmasında öz töhfəsini moizələrlə verməkdir. 

BAKU.WS xəbər verir ki, əfsuslar olsun, erməni kilsəsinin nümayəndələrinin timsalında bunun əksinin şahidi olduq. 

Belə ki, Ermənistanın işğalçı siyasətini pisləmək və etiraz etmək əvəzinə, bir qrup erməni keşiş ön cəbhəyə yollanaraq döyüşlərdə iştirak edir. 

Bunun nəticəsidir ki, Dağlıq Qarabağda Azərbaycan ordusuna atəş açan daha bir keşiş zərərsizləşdirilib. Narek Petrosyan adlı keşişin ölümünü Erməni Apostol Kilsəsi də təsdiqləyib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Bütün Ermənistanın katalikosu İkinci Qaragin də son müraciəti zamanı xalqı, hətta uşaqları ölümə qədər hərbi savaşa çağırıb. Bu, əslində dini lider olaraq ona heç də baş ucalığı gətirməyib.

Əksinə, kilsənin bu hərəkəti daha böyük fəlakətlərə səbəb ola biləcək qarşıdurmaya xidmət edir. Erməni kilsəsinin əsas niyyəti müharibəni dini müstəviyə gətirməkdir. Bununla da onlar tolerant ölkə olan Azərbaycana qarşı aqressiv münasibət yaratmaq istəyirlər.

Orxan Hüseyn
BAKU.WS