SİZİN REKLAM BURADA!
055 213 76 73


"Birinci raket düşəndə özümü atdım çölə. Dönərxanada idim. Gördüm ayağımdan qan axır, yeriyə bilmirəm. Sürünə-sürünə getdim. Dostum qaça-qaça yanıma gəldi. Qucağına alıb məni zirzəmiyə aparmaq istədi. Qəfil ikinci raket 10 metr məsafədə qarşımıza düşdü. Onun zərbəsi məni kənara tulladı. Bu vaxt gördüm ki, qolumu hiss eləmirəm. Qoluma qəlpə dolub, qolum qırılıb. Uzanıb o vəziyyətdə də qaldım. Sonra bir də baxdım ki, xəstəxanadayam".

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu erməni silahlı birləşmələrinin Bərdə şəhərinə atdığı raket nəticəsində yaralanan və hazırda xəstəxanada müalicə alan Əliyev Elvin Elgiz oğlu deyib.

16 yaşlı Elvin bildirib ki, Allah əsgərlərimizin canını sağ eləsin: "Əsas onlardır, mən sağalıb yenidən normal həyata qayıdacam. Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var".

BAKU.WS
QALEREYA