SİZİN REKLAM BURADA!
055 213 76 73


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 18:10-da 4,34% azalaraq 1 barelə görə 37,94 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,79% azalaraq 35,60 dollar təşkil edib.

Azalma əsasən bir sıra Avropa ölkəsində koronavirus pandemiyası çərçivəsində məhdudlaşdırıcı tədbirlərin yenidən tətbiqi ilə əlaqələndirilir.

BAKU.WS