VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisini artilleriya atəşinə tutub.

BAKU.WS report-a istinadən xəbər verir ki, oktyabrın 29-u səhər saatlarından başlaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb. Ermənilər gün ərzində rayon ərazisinə ümumilikdə 100 top mərmisi və 2 raket atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə və təsərrüfata ziyan dəyib.

Sentyabrın 27-dən bu günə qədər rayon ərazisinə düşmən tərəfindən ümumilikdə 15 500 mərmi atılıb.

Nəticədə 17 nəfər dinc sakin həlak olub. Onlardan biri uşaq, biri isə qadındır. 61 mülki şəxs yaralanıb.

Məlumata görə, yaralıların 51-i artıq öz evlərinə buraxılıb. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına ziyan dəyib.

Ümumilikdə 1 200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib.

BAKU.WS