SİZİN REKLAM BURADA!
055 213 76 73


“Fransa Prezidenti Emmanuel Makronun sözlərinə siyasətçi kimi deyil, müsəlman kimi şərh bildirdim”.

BAKU.WS xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

R.Kadırov bildirib ki, onun bu cür bəyanatlar verməyə haqqı çatır.

“Bu mövqeyimə görə, əgər lazımdırsa, vəzifəmi tərk etməyə, əziyyət çəkməyə və həyatımı verməyə hazıram!” - deyə R.Kadırov bildirib.

Xatırladaq ki, daha əvvəl R.Kadırov Fransa liderinin  müsəlmanları üstüörtülü şəkildə cinayət törətməyə çağırdığını bildirmişdi. Kreml sözçüsü Dmitri Peskov isə R.Kadırovun çıxışına münasibət bildirərkən, “subyektlərin rəhbərləri xarici siyasətlə məşğul olmur” demişdi.

BAKU.WS