SİZİN REKLAM BURADA!
055 213 76 73


Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

Eyni zamanda 415 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2338 yaşayış evi yararsız vəziyyətə düşüb.

BAKU.WS
QALEREYA