VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın müharibə cinayətləri davam edir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.

“Ermənistanın Bərdə şəhərinə raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, uşaq və qadın da daxil olmaqla 10 nəfər ağır yaralanıb. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt şəkildə hücum edəcəklərinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturdular”, - deyə paylaşımda bildirilir.

BAKU.WS