SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkiləri üçün bülletenlərin çapına başlanılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Bir neçə gün davam edəcək çap prosesi MSK üzvləri ilə yanaşı, müşahidəçilərin də nəzarəti altında həyata keçiriləcək. Proporsional seçki sistemi üçün 3 160 900, majoritar seçki sistemi üçün isə 3 097 800 ədəd bülleten çap olunacaq.

Bülletenlər Gürcüstanda yaşayan milli azlıqların dillərində də hazırlanacaq. 213 seçki məntəqəsi üçün bülletenlər gürcü-Azərbaycan, 135 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap ediləcək.

BAKU.WS